Futbol üzrə İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, bu, "Milan"ın çalışdırıcısı Stefano Piolidir. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
 
Piolinin rəhbərlik etdiyi "Milan" ötən ay çempionatda 5 oyuna çıxıb və 5 qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest