UEFA-nın Klubların Lisenziyalaşdırılması və "Maliyyə Feyr Pley"i mövzusuna həsr olunmuş videokonfrans formatında iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda UEFA-nın əməkdaşları ilə barəbər qurumun 55 üzv assosiasiyanın Lisenziyalaşdırma şöbələrinin əməkdaşları iştirak edib.
 
İclas UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "Feyr Pley" qaydalarında növbəti mövsüm öncəsi baş verəcək dəyişikliklərə həsr olunub. Potensial dəyişikliklər idman, kadr-inzibati, hüquq və maliyyə meyarlarını, həmçinin UEFA-nın Maliyyə Feyr Pley tələblərini əhatə edərək, UEFA tərəfindən UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya tələblərinin ümumən sərtləşdirilməsi nəzərdə tutulub.
 
Bütün qeyd olunan dəyişikliklərlə bağlı ətraflı məlumatlar, yeni qaydalar UEFA tərəfindən rəsmi şəkildə təsdiqləndikdən sonra AFFA-nın Lisenziyalaşdırma Qrupu tərəfindən Premyer Liqa və Birinci Divizion klublarına təqdim olunacaq. Eyni zamanda, klublar üçün müvafiq köməkçi materiallarının hazırlanamsı  və treninqlərin təşkil olunması nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest