"Qarabağ" - "Neftçi" oyununda "Qarabağ"ın azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib. "Neftçi"nin baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. "Neftçi"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Zirə" – "Keşlə" oyununda "Keşlə"nin futbolçusu Tural Axundov "sonuncu ümid folu"na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
"Qarabağ" - "Neftçi" oyununda "Qarabağ"ın azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib. "Neftçi"nin baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. "Neftçi"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
"Sumqayıt" – "Səbail" oyununda hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunub. "Səbail"in futbolçusu Nikolas Raysel "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Matç bitdikdən sonra "Səbail"in baş məşqçisi Aftandil Hacıyev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub.
 
"Qəbələ" – "Sabah" oyununda "Sabah"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest