Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Region Liqasının "Mil" FK – "İsmayıllı" FK oyununda "İsmayıllı"nın futbolçusu Azad Salbuzov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Region Liqasının "Ağsu Siti" – "Füzuli" oyununda "Füzuli"nin futbolçusu Vüsal Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Füzuli"nin koordinatoru Fərman İmanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
 
Region Liqasının "Şəki" - "Qoşqar" UGİM-2 oyununda "Qoşqar"ın futbolçusu Maşallah Məmmədov tamaşaçılara qarşı qeyri-etik jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Neftçi" İK İB – "Sumqayıt" oyununda "Sumqayıt"ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən rəqibə yumruq atdığına və hakimi təhqir etdiyinə görə 6 oyun cəzalanıb. Matç bitdikdən sonra "Sumqayıt"ın digər futbolçusu Fərdi Abbasov, həmçinin "Neftçi"nin futbolçuları - Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak etdiyi üçün hər bir futbolçu 6 oyun cəzalanıb.
 
U-15 Liqasının "Qarabağ" – "Şimali Elit" oyununda "Qarabağ"ın futbolçusu Nadir Nadirov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "İdman Liseyi" (Gəncə) – "Ağstafa Gəncləri" oyununda "Ağstafa Gəncləri" komandasının futbolçusu Uğur Rzazadə "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının "Azad" FK – "Cəlilabad" OİK oyununda "Cəlilabad"ın rəsmi nümayəndəsi Bəxtiyar Salmanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-12 Liqasının UGİM "Şabran" – "Metak" oyununda "Şabran"ın futbolçusu Teymur Şirinov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-12 Liqasının UGİM "Şabran" – "Metak" oyununda "Metak"ın futbolçusu Seyfəddin Heydərov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın EKOL – "Araz" (Naxçıvan) oyununda EKOL-un futzalçısı Namiq Məmmədkərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Baku Fire" – "Araz" (Naxçıvan) oyununda "Baku Fire" komandasının futzalçısı İbrahim Zeynalov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Record" – "Xilə" FK oyununda "Xilə"nin futzalçısı Elvin Adışirinli "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Dəstə Ordubad" – "Qarabağ" (Füzuli) oyununda "Dəstə Ordubad"ın futzalçısı Elməddin Amanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən AFF rəsmilərini və hakimlər briqadasını təhqir etdiyi üçün 8 oyun cəzalanıb. "Dəstə Ordubad"ın digər futzalçısı Nəriman Dadaşov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Hövsan" – "Rəvan" oyununda "Hövsan" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə İkinci Liqanın "Timsport" – "Borçalı" oyununda "Timsport"un futzalçısı Ruslan İsgəndərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Baku Fire-3" – "Baker Tilly" oyununda "Baku Fire-3" komandasının futzalçısı Zaur Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest