"Barselona" sabiq futbolçusu Dani Alvesi transfer edib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı oyunçu Kataloniya təmsilçisinə azad agent kimi keçib. 38 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
 
Alves gələn həftədən sabiq komandası ilə məşqlərə başlayacaq. Lakin futbolçu yalnız 2022-ci ilin yanvarından rəsmi oyunlarda meydana çıxa biləcək.
 
Xatırladaq ki, Alves 2008-2016-cı illərdə "Barselona"da oynayıb. Onun son klubu "San Paulo" (Braziliya) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest