Almaniyanın "Borussiya" klubu futbolçusu Erlinq Halandı daha bir mövsüm komandada saxlamaq istəyir. Matc.az xəbər verir ki, Dortmund təmsilçisi norveçli hücumçunun maaşını artıraraq, onu komandada saxlamaq niyyətindədir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
 
"Borussiya" Halanda illik 18 milyon avro maaş alacağı yeni sözləşmə təklif edib. Tərəflər arasında razılıq əldə olunsa, 21 yaşlı hücumçu komandanın ən çox qazanan oyunçusu olacaq.
 
Halandın "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Dortmund klubunda 10 oyunda 13 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest