Regionlara səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov Mingəçevir şəhərində olub. Matc.az xəbər verir ki, Elxan Məmmədov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

Onlar uşaqların məşqini izləyiblər. Sonda uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest