"Səbail"in müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya millisində növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, o, Dç-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası ilə oyunun iştirakçısı olub.
 
Qarşılaşma Liberiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb. "Səbail"in futbolçusu 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Liberiya yığması yer aldığı C qrupunda 6 oyuna topladığı 6 xalla 3-cü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest