Şotlandiyanın "Reyncers" komandasında yeni baş məşqçi təyinatı gerçəkləşib. Matc.az xəbər verir ki, Qlazqo təmsilçisinin "sükan"ı niderlandlı Covanni van Bronkhorsta tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 46 yaşlı məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Futbolçu karyerası dönəmində "Feyenoord" (Niderland), "Barselona" (İspaniya), "Arsenal" (İngiltərə) kimi komandalarda top qovmuş Van Bronkhorst, 1998-2001-ci illər aralığında "Reyncers"in də formasını geyinib. Məşqçiliyə "Feyenoord"da başlayan ve 2016/17 mövsümündə Niderland çempionu olan mütəxəssis, ötən il çinin "Quançjou R&F" komandasında işləyib.
 
"Reynces"i son olaraq Stiven Cerrard çalışdırırdı. İngilis mütəxəssis bir neçə gün öncə "Aston Villa"ya baş məşqçi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest