Futbol üzrə Almaniya Bundesliqasının 12-ci turu çərçivəsində baş tutan "Auqsburq"la səfər oyunu "Bayern"in hücumçusu Tomas Müller üçün əlamətdar olub. Matc.az xəbər verir ki, təcrübəli futbolçu Münhen təmsilçisinin heyətində 600-cü oyununu keçirib.
 
32 yaşlı hücumçu bununla komandanın tarixinə düşüb. Almaniya millisinin üzvü hazırda bu göstərici ilə meydan oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb. O, yalnız qapıçılar Zepp Mayer (661 oyun) və Oliver Kandan (632) geri qalır.
 
"Bayern" son turdakı məğlubiyyətə baxmayaraq, 28 xalla Bundesliqada liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest