UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:
 
Baş hakim: Morten Krox
 
Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen
 
Dördüncü hakim: Yorgen Dauqberq Burxardt
 
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest