Bu gün Dç-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdən öncə komandalar iki səbətə bölünmüşdü.
 
10 qrup ikincisi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer almışdı. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəkdilər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşmışdı.
 
Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşmüşdü. Rusiya və Ukrayna yığmaları isə siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzdilər.
 
Pley-off iştirakçıları üç "dördlük" təşkil edib. C yolunda yer alan Türkiyə millisi Portuqaliyaya rəqib olub. İtaliya yığması isə ilk sınağında Şimali Makedoniya ilə qarşılaşacaq.
 
Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.
 
Dç-2022-nin pley-off mərhələsi
 
A yolu
 
Yarımfinal
1. Şotlandiya - Ukrayna
2. Uels - Avstriya
 
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
 
B yolu
 
Yarımfinal
1. Rusiya - Polşa
2. İsveç - çexiya
 
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
 
C yolu
 
Yarımfinal
1. İtaliya - Şimali Makedoniya
2. Portuqaliya - Türkiyə
 
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest