Polşanın “Legiya” klubuna yeni idman direktoru təyin olunub. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandasında bundan sonra sözügedən vəzifəni Pavel Tomçik yerinə yetirəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Tomçikin Varşava Universitetinin İqtisadiyyat Elmləri Fakültəsinin məzunu olduğu diqqətə çatdırılıb. O, "Qurnik", "Motor Lyüblin", "Zniç" kimi komandalarda futbol da oynayıb, karyerasını 2015-ci ilin iyulunda başa vurub. 2019-cu ilin noyabr ayından isə "Rakuv"un əvvəl skautinq meneceri, daha sonra idman direktoru olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest