Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"la matçda zədə səbəbindən oyunu yarımçıq dayandıran "Kəpəz" PFK-nın yarımmüdafiəçisi Əli Səmədovun fiziki durumu müəyyənləşib.
Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"la matçda zədə səbəbindən oyunu yarımçıq dayandıran "Kəpəz" PFK-nın yarımmüdafiəçisi Əli Səmədovun fiziki durumu müəyyənləşib.
Matc.az xəbər verir ki bu, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu tibbi müayinədən keçib və onun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
Həkimlərin rəyinə əsasən, Ə.Səmədov 2-3 həftədən sonra yaşıl meydançalara qayıda biləcək. Onun oktyabrın 9-da "Araz-Naxçıvan"la görüşdə forma geyinəcəyi sual altındadır.
Qeyd edək ki, Əli "Sumqayıt"la qarşılaşmada ikinci hissənin əvvəlində mübarizəyə qoşulsa da, zədə ucbatından cəmi 13 dəqiqə sonra əvəzlənib.





_1790093096.jpg)







