Futbol üzrə İspaniya La Liqasında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, lider “Real” doğma meydanda “Atletik”lə qarşılaşıb.
 
“Santyaqo Bernabeu”da baş tutan oyunun taleyini bir qol həll edib. Kərim Benzema 40-cı dəqiqədə Luka Modriçin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq komandasına qələbə qazandırıb.
 
Bu qələbədən sonra xal ehtiyatını 36-ya çatdıran “Real” zirvədəki mövqeyini möhkəmləndirib. Bilbao təmsilçisi isə 20 xalla 8-ci pillədə qalıb.
 
İspaniya La Liqası
9-cu turun oyunu
1 dekabr
 
Real – Atletik 1:0
Qol: Benzema, 40.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest