Polşanın "Legiya" komandasının baş məşqçisi Marek Qolembevski Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə çexiyalı hücumçu Tomaş Pexartın gözlənilən məhsuldarlığı göstərməməsindən danışıb.

Polşanın "Legiya" komandasının baş məşqçisi Marek Qolembevski Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə çexiyalı hücumçu Tomaş Pexartın gözlənilən məhsuldarlığı göstərməməsindən danışıb.
 
Matc.az xəbər verir ki, ön xətt oyunçularına irad bildirən 41 yaşlı mütəxəssis deyib ki, forvardlar istənilən fürsətdən yararlanmaq üçün hər zaman hazır olmalıdırlar:
 
"Növbəti matçda da Emreli və Pexartın birlikdə oynamaq şansı var. Artıq hər ikisi ilə bu barədə danışmışam. Onlar düşünməməlidirlər ki, ayağına düşən hər topu qapıya vurmalıdırlar. ümid edirəm ki, tezliklə hücumçu keyfiyyətlərini yaxşılaşdıracaqlar".
 
Marek Qolembevski daha əvvəl də Mahir Emrelini tənqid etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest