Futbol üzrə Polşa çempionatında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Krakoviya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu start heyətdə meydana çıxıb və 51-ci dəqiqədə əvəzlənib.
 
17 turdan sonra 12 xalı olan "Legiya" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest