Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva "Dinamo"su ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Azər də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
 
"Ufa" 17 turdan sonra 16 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest