Bundan əlavə, komandanın Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi bildirilib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının 8-ci turunda səfərdə "Səbail"lə görüşdə alıb - 1:3.

Avropa Konfrans Liqasının "Tvitter"dəki rəsmi səhifəsi növbəti dəfə "Qarabağ" haqqında paylaşım edib. Matc.az xəbər verir ki, postda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu diqqətə çatdırılıb.
 
Bundan əlavə, komandanın Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi bildirilib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının 8-ci turunda səfərdə "Səbail"lə görüşdə alıb - 1:3.
 
"Qarabağ" dekabrın 9-da Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda İsveçrədə "Bazel"lə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest