İngiltərənin "çelsi" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiçdə koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel açıqlama verib.
 
O, UEFA çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Rusiya "Zenit"inə qarşı keçirəcəkləri matçdan öncə baş tutan mətbuat konfransında xorvatiyalı futbolçudan götürülmüş koronavirus testinin pozitiv çıxdığını diqqətə çatdırıb. 27 yaşlı yarımmüdafiəçi karantinə alınıb.
 
Sabah Sankt-Peterburqda baş tutacaq "Zenit" - "çelsi" matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest