Bu gün futzal üzrə Yüksək Liqada XI turun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Olimpik Star"da baş tutan turla həm də 2021-ci ilə yekun vurulub.
 
İlk oyunda "Neftçi" heyət baxımından "axsayan" "Record" üzərində qələbəyə sevinib. Günün ikinci oyununu turun mərkəzi matçı da hesab etmək olardı. İkinci pillədə qərarlaşmış EKOL əsas izləyicilərindən olan "Baku Fire" ilə oyundan qalib ayrılıb.
 
U-19 yığmamız bu turda "Alyans"la qarşılaşıb. Autsayderlər sırasında olan Lənkəran təmsilçisi bu oyunda 3 xala sevinib.
 
Tura turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların dueli ilə yekun vurulub. Lider "Araz" "Xilə"ni 14 qolla məğlub edib.
 
Yüksək Liqa
XI tur
9 dekabr 
 
Neftçi İK – Record 7:1
Qol: Kənan Manafov, 19:48; 30:12. Rüfət Balakişiyev, 33:38; 38:42. Oruc Baxşəlizadə, 34:57. İlkin Hacıyev, 39:21. İlqar Nuruşov, 39:59 - Matin Qahremani, 24:22.
Hakimlər: Hacıəli Ağayev, Ceyhun Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Olimpik Star". Saat 12:00.
 
EKOL – Baku Fire 7:2
Qol: Radik Əhmədov, 1:51. Namiq Məmmədkərimov, 9:31; 30:58; 36:24. Əsgər Abasov, 27:00; 28:51. Emin Kürdov, 38:27 - Renat Sultanov, 30:37. Nihad İsmayılov, 34:33.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
"Olimpik Star". Saat 14:00
 
U-19 – Alyans (Lənkəran) 7:8
Qol:  Xəzər Ağalızadə, 3:15; 37:30. Nurlan Məmmədov, 5:32; 18:33. Məhəmməd Abbasov, 6:30. Namaz İsmayılov, 28:49-öz qapısına. Fuad Məmmədzadə, 35:56 - Oktay Rüstəmli, 6:40; 9:30; 37:48. Anar İsayev, 11:10; 11:54; 32:24. Tofiq Məlikov, 14:40. Seyedhossein Hosseini, 38:23.
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Vüsal Balaşov.
Hakim-inspektor: Azər Əsgərov.
"Olimpik Star". Saat 16:00.
 
Xilə – Araz (Naxçıvan) 2:14
Qol: Tofiq Əliyev, 28:41; 34:00 - Maneka, 1:53; 13:06; 14:17; 33:11; 33:38. Ramiz çovdarov, 4:23. Murilo, 6:27. Felipinyo, 11:11; 34:37. David Qustavo, 15:06. Nurlan Mehdizadə, 17:40. İsa Atayev, 27:00; 39:55. Rizvan Fərzəliyev, 31:47.
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Nail Nağıyev.
Hakim-inspektor: Murad Məmmədov.
"Olimpik Star". Saat 18:00.
 
Xal durumu: Araz – 33, EKOL – 27, Neftçi İK – 19, Baku Fire – 18, Alyans – 9, Record – 9, U-19 – 7, Xilə – 6.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest