"Mançester Yunayted"in futbolçusu Antoni Marsyalın meneceri Filipp Lamboli müştərisinin gələcəyiylə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, "Sky Sports" telekanalına danışan menecer, fransalı hücumçunun qışda "Mançester Yunayted"i tərk etmək istədiyini deyib:
 
"Antonio qışda "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, daha çox oynayacağı bir komandada olmaq istəyir. Marsyal mövsümün qalan hissəsini "Mançester Yunayted"də keçirmək istəmir. Bu haqda yaxın zamanda klubun rəhbərliyi ilə danışacam".
 
Bu mövsüm Premyer Liqada 7 oyuna çıxan Marsyal cəmi 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest