Asiya kubokunda mübarizə aparan İran millisinin futbolçusu Sərdar Azmunun 1/4 finalda vurduğu qolu kimə həsr etdiyi müəyyənləşib. Matç.az xəbər verir ki, bunu çin üzərində 3:0 hesablı darmadağında payı olan futbolçunun özü açıqlayıb.

Matçda üçüncü qolu vuran Azmun topunu Şərqi Türküstana həsr etdiyini bildirib: "çinə vurduğum qolu məzlum Şərqi Türküstan xalqına hədiyyə edirəm".

Qeyd edək ki, İran yığması sabahkı yarımfinalda Yaponiya ilə görüşəcək. Digər cütdə meydan sahibi BƏƏ Qətərlə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest