Futbol üzrə Fransa çempionatında 18-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
"Mets" "Loryan"la ev oyununda darmadağına sevinib. "Anje" doğma meydanda "Klermon"a, "Renn" "Nitsa"ya, "Trua" isə "Bordo"ya uduzub.
 
Son çempion "Lill" bu turda Lion "Olimpik"i ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Marsel "Olimpik"i isə "Strasburq"la səfər oyunundan inamlı qələbəyə sevinib.
 
Turun mərkəzi görüşü Parisdə keçirilib. Lider PSJ burda "Monako"nu iki cavabsız qolla üstələyib.
 
Fransa Liqa 1
18-ci tur
10 dekabr
 
Nant – Lans 3:2
Qol: Muani, 49; 57. Simon, 90 – Kosta, 7. Kalimuendo, 14.
 
11 dekabr
 
Brest – Monpelye 0:4
Qol: Vahi, 45+1. Mavididi, 47. Sambiya, 60. Jermen, 85.
 
Reyms – Sent-Etyen 2:0
Qol: Ture, 23-pen. Mbuku, 89.
 
12 dekabr
 
Lill – Olimpik (Lion) 0:0
 
Anje – Klermon 0:1
Qol: Bayo, 84.
 
Mets – Loryan 4:1
Qol: Sarr, 5. Yens, 9-öz qapısına. Bulaya, 19. Niane, 80 – Yens, 69.
 
Renn – Nitsa 1:2
Qol: Buriqe, 59 – Dolberq, 19-öz qapısına. Atal, 51.
 
Trua – Bordo 1:2
Qol: Şavalerin, 28 – Salmye, 30-öz qapısına. Huanq, 54.
 
Strasburq – Olimpik (Marsel) 0:2
Qol: Dienq, 62. çaleta-çar, 82.
 
PSJ – Monako 2:0
Qol: Mbappe, 12-pen; 45.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest