Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə yoxlama oyunları keçirəcək Azərbaycan milli komandasının dekabrın 16-da, saat 10:30-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan qəsəbəsi) mətbuat üçün açıq məşqi keçiriləcək.
 
Matc.az xəbər verir ki, məşqdən 15 dəqiqə əvvəl – saat 10:15-də baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest