19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının ikinci seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib. Matc.az xəbər verir ki, B liqasından A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə qarşılaşacaq.
 
Bu qrupun oyunları gələn ilin aprel ayında Şimali İrlandiyada təşkil olunacaq. Millimiz aprelin 6-da Farer adalar, 9-da Malta, 12-də isə Şimali İrlandiya komandası ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest