Sözügedən kollektiv doğma meydanda "Spakenburq"la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 3:3. Əlavə vaxtda daha iki qol vuran "Telstar" 5:3 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib.

Futbol üzrə Niderland kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün formasını geyindiyi "Telstar" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Spakenburq"la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 3:3. Əlavə vaxtda daha iki qol vuran "Telstar" 5:3 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest