Ağdam təmsilçisi 60,7 faiz göstərici ilə yalnız Niderlandın "AZ Alkmaar" klubundan (62,8) geri qalıb.

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı növbəti paylaşım edib. Matc.az xəbər verir ki, məlumatda Ağdam klubunun turnirin qrup mərhələsində topa sahib olma üzrə ən yaxşı ikinci komanda olduğu vurğulanıb.
 
Ağdam təmsilçisi 60,7 faiz göstərici ilə yalnız Niderlandın "AZ Alkmaar" klubundan (62,8) geri qalıb.
 
Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. "Köhlən atlar" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest