Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilməli olan "Bernli" - "Uotford" oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, buna "Uotford"un heyətində koronavirusa kütləvi yoluxmanın qeydə alınması səbəb göstərilib.
 
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə qonaq komandanın meydana çıxmaq üçün yetərli futbolçuya malik olmadığı diqqətə çatdırılıb.
 
Qarşılaşmanın yeni tarixi barədə hələlik açıqlama verilməyib. Matçın təxirə salınmasına görə azarkeşlərdən üzr istənilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest