Futzal üzrə Avropa çempionatına hazırlıq məqsədi ilə Azərbaycan milli komandası yanvarda daha bir yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, komandamız səfərdə Belçika yığması ilə qarşılaşacaq.
 
Görüş gələn il yanvarın 17-də keçiriləcək. Millimiz Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda məhz bu oyundan sonra yollanacaq.
 
Xatırladaq ki, futzal yığmamız dekabrın 18 və 19-da Bakıda Ukrayna millisi ilə iki yoxlama oyunu keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest