İspaniyanın "Real" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Belə ki, baş məşqçi Karlo Ançelottinin əsas köməkçisi Davide Ançelottinin, eləcə də futbolçulardan Marko Asensio, Qaret Beyl, Andrey Lunin və Rodriqonun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest