Futbol üzrə Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "ümraniyəspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
 
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Bursaspor" 17 turdan sonra 18 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest