"Keşlə" daha bir futbolçu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi seneqallı yarımmüdafiəçi Omar Qudiabi ilə vidalaşıb.
 
Yayda transfer edilən 27 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Qudiabi böyük ümidlərlə transfer edilsə də, əsas heyət üzvünə çevrilə bilməyib. Seneqallı futbolçu bu komandanın heyətində Premyer Liqada cəmi 7 matça çıxıb.
 
"Keşlə" Omara qədər daha 3 futbolçu - Nicat Qurbanov, Anatole Abanq və Con Kamaranın xidmətindən imtina edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest