"Ciddi hakim səhvindən sonra "Qarabağ"ın "Bazel"lə matçda qolu qeydə alınmadı"

Avropa mətbuatı Konfrans Liqasının H qrupunun 6-cı turu çərçivəsində "Qarabağ"ın "Bazel"lə görüşdə hesaba alınmayan qolu barədə yazıb. Matc.az xəbər verir ki, müxtəlif ölkə portalları Ağdam klubunun futbolçusu Zubirin vurduğu qolu oyunun nə baş hakimi, nə də laysmanın qeydə almamağı jurnalistləri təəccübləndirib.
 
Britaniyanın "The Sun" nəşri epizodu belə şərh edib: "Topun qapı xəttini 2 metr keçməsinə baxmayaraq, hakimin qolu qeydə almamağına görə oyunçular məəttəl qalmışdı".
 
İspaniyanın tanınmış AS nəşri isə hakimin kobud səhvini daha lakonik şərh verib: "Biabırçılıq".
 
Fransanın RMC Spor nəşri isə xorvatiyalı hakimlər briqadasının buraxdığı səhv haqda bunları yazıb: "Ciddi hakim səhvindən sonra "Qarabağ"ın "Bazel"lə matçda qolu qeydə alınmadı".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest