Polşanın "Legiya" komandası Ekstraklasanın 19-cu turunda "Radomiak Radom"la qarşılaşacaq. Matc.az "legia.net" saytına istinadən xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emreli ilin son matçını buraxacaq.
 
Plotsk "Visla"sı ilə matçdan sonra azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan Emreli hələ də komanda ilə məşqlərə qoşulmayıb. Azərbaycanlı hücumçu ilə yanaşı, Lukinyas da "Radomiak Radom"la matçı buraxacaq.
 
"Legiya" – "Radomiak Radom" matçı dekabrın 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest