Bu gün futzal üzrə Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoxlama oyunu keçirilib. Matc.az xəbər verir ki, bu görüş də FHN-in İdman-sağlamlıq mərkəzində baş tutub.
 
Azarkeşlər üçün qapalı olan qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Komandamız bu dəfə 1:5 hesabıyla uduzub. Millimizin yeganə qoluna Qalo imza atıb.
 
Xatırladaq ki, bu komandalar arasında ötən gün baş tutan ilk görüşdə Ukrayna yığması 4:0 hesablı qələbəyə sevinmişdi.
 
Yoxlama oyunu
19 dekabr
 
Azərbaycan – Ukrayna 1:5
Qol: Qalo, 19:40 – Petro Şoturma, 5:39. Qalo, 22:11-öz qapısına. Daniel Abakşin, 23:55. İqor Korsun, 31:55. Aleksandr Suxov, 39:00.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Azər Əsgərov.
Timekeeper: Rza Məmmədov.
Bakı. FHN-in İdman-sağlamlıq mərkəzi. Saat 18:00.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest