20 Dekabr 2021, 00:18
FUTBOL
Futbol üzrə Fransa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”i də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda aşağı liqa təmsilçisi “Kannet Roşvil”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Nəticədə Marsel təmsilçisi 1/16 finala vəsiqə qazanıb.
“Qarabağ”la “Olimpik” arasındakı ilk matç fevralın 17-də Marseldə, cavab qarşılaşması isə həmin ayın 24-də Bakıda baş tutacaq.