Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun formasını geyindiyi komandanı bundan sonra Yücel İldiz çalışdıracaq.
 
Bu barədə klubun idman direktoru Dəniz Kolgu yerli jurnalistlərə açıqlama verib. O, İldizlə ilkin razılıq əldə olunduğunu bildirib. Kolgu komandanı 1-ci liqanın 19-cu turu çərçivəsində baş tutacaq "Mənəmənspor"la səfər matçına məhz 68 yaşlı mütəxəssisin çıxaracağını bildirib. Sözügedən qarşılaşma dekabrın 25-də keçiriləcək.
 
Yücel İldiz bu vəzifədə özcan Bizatini əvəzləyəcək. Hansı ki, o, bir müddət əvvəl uğursuz nəticələrə görə istefaya göndərilmişdi. "Bursaspor" bu mövsüm cəmi 18 xal toplayıb və 19 kollektiv arasında 17-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest