Polşanın "Legiya" komandasında futbolçuların cari mövsümün ilk yarısına aid statistik göstəriciləri açıqlanıb. Matc.az "legionisci" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Varşava təmsilçisinin ən yaxşı oyunçusudur.
 
Qış fasiləsindək, bütün turnirlər daxil olmaqla, 11 qol vurmuş forvard komandanın ən sərrast oyunçusudur. Onun aktivində 2 məhsuldar ötürmə də var.
 
Emreli oyun sayına görə də liderlər sırasındadır. 33 matçda forma geyinmiş futbolçu ümumilikdə 2066 dəqiqə meydanda olub. Hücumçu bu göstəricidə yalnız Mateuş Veteska (33 oyun, 2962 dəqiqə), Bartoş Sliş (33 oyun, 2515 dəqiqə), Lukinyas (31 oyun, 2301 dəqiqə) və Filip Mladenoviçdən (28 oyun, 2220) geri qalır.
 
Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir. Lakin o, Polşa çempionatında son turun iştirakçısı olmayıb. Bir müddət öncə azarkeşlərin klub avtobusuna hücumu zamanı başından xəsarət aldığı iddia olunan Emrelinin adı həmin oyunların iştirak ərizəsinə də daxil edilməyib. ötən gün isə o, qış fasiləsindən istifadə edərək Azərbaycana qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest