"Barselona" İspaniya La Liqasının 4-cü turundan təxirə salınmış oyunda "Sevilya" ilə heç-heçə edib – 1:1. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi matçın ilk hissəsində rəqib qapısına 15 zərbə vurub (5-i "çərçivə"yə). Bu, La Liqada mövsümün rekord göstəricisidir.
 
"Barselona" çempionatda bu mövsüm bir matçın ilk hissəsində rəqib qapısına doğru ən çox zərbə endirən komanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest