"Milan" İtaliya A Seriyasında yeni uğura imza atıb. Matc.az xəbər verir ki, sözügedən komanda il ərzində səfərdə ən çox qələbə qazanan ikinci kollektivə çevrilib.
 
Stefano Piolinin baş məşqçi olduğu komanda son olaraq 19-cu tur çərçivəsində ötən gecə "Empoli"yə səfərdə 4:2 hesabı ilə qalib gəlib. Nəticədə bu komandanın səfərdəki qələbə sayı 17-yə çatıb.
 
A Seriyasında il ərzində ən çox qələbə qazanmış komanda isə "Napoli"dir. Neapol təmsilçisi bu rekorda 2017-ci ildə səfərdə 18 qələbə qazanmaqla nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest