Digər mövqelər üzrə də ən yaxşıların adları açıqlanıb. Mbappenin komanda yoldaşı Canluici Donnarumma ən yaxşı qapıçı, İtaliya "Yuventus"unda çıxış edən Leonardo Bonuççi ən yaxşı müdafiəçi, Almaniyanın "Bayern" klubunun forvardı Robert Levandovski isə ən yaxşı hücumçu seçilib. Polşalı forvarda həmçinin Maradona mükafatı təqdim olunub.

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" mükafatının qalibləri müəyyənləşib. Matc.az xəbər verir ki, Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe 2021-ci ilin ən yaxşı futbolçusu seçilib. 23 yaşlı forvard bu il Paris klubunun heyətində Fransa Kubokunun qalibi olub, eyni zamanda Liqa 1-in bombardiri adını qazanıb.
 
Digər mövqelər üzrə də ən yaxşıların adları açıqlanıb. Mbappenin komanda yoldaşı Canluici Donnarumma ən yaxşı qapıçı, İtaliya "Yuventus"unda çıxış edən Leonardo Bonuççi ən yaxşı müdafiəçi, Almaniyanın "Bayern" klubunun forvardı Robert Levandovski isə ən yaxşı hücumçu seçilib. Polşalı forvarda həmçinin Maradona mükafatı təqdim olunub.
 
İlin komandası adına İngiltərənin "çelsi" kollektivi layiq görülüb. London klubu bu il UEFA çempionlar Liqasını qazanıb.
 
Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib. 57 yaşlı mütəxəssisin çalışdırdığı "skuadra Adzurra" bu il Avropa çempionu olub, həmçinin UEFA Millətlər Liqasında gümüş medal qazanıb.
 
Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kristiano Ronaldo isə bütün zamanların ən yaxşı bombardiri seçilib. 36 yaşlı hücumçu bu il 40-dan çox qol vurub, həmçinin peşəkar karyerasında 800-cü dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest