Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Sabah"ın hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub. Matc.az xəbər verir ki, paytaxt klubu yanvarın 15-də Macarıstanın "Pakş", 25-də isə Serbiyanın "Mladost" (Luçani) komandaları ilə qarşılaşacaq.
 
Türkiyə toplanışı çərçivəsində daha bir oyunun keçirilməsi nəzərdə tutulub. Rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.
 
Qeyd edək ki, "Sabah"ın Antalya toplanışı 12-26 yanvar tarixlərini əhatə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest