İtaliyanın "Napoli" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi İrvinq Losanonun koronavirus testi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Hazırda ölkəsi Meksikada olan Losano karantinə alınıb.
 
"Napoli"də daha əvvəl yarımmüdafiəçi Fabian Ruis və Lorenso İnsinyedə də koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest