Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Əmrə çolakı heyətinə qatıb.
 
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Azad agent statusunda olan 30 yaşlı yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. O, yeni komandasında 52 nömrəli formanı geyinəcək.
 
Əmrə çolak bu mövsümün əvvəlindən "Hatayspor"da çıxış edirdi. Lakin o, bir müddət öncə sözügedən klubla müqaviləsinə xitam vermiş və azad agent statusu almışdı. O, karyerası ərzində "Qalatasaray", "Deportivo", "Əl Vahda" və "Fatih Karagümrük" komandalarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest