İngiltərənin "Uotford" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi belçikalı dayaq yarımmüdafiəçisi Edo Kayembe və braziliyalı mərkəz müdafiəçisi Samiri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika təmsilçisi "Eupen"dən transfer olunan Kayembe ilə 4.5 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu daha öncə yetirməsi olduğu "Anderlext"in də formasını geyinib. Konqolu futbolçu ölkəsinin əsas yığmasına da dəvət alır.
 
Samir Kaetano de Souza Santos isə İtaliyanın "Udineze" klubundan transfer edilib. 27 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
2016-cı ildən "Udineze"də çıxış edən Samir, bu komandanın heyətində bütövlükdə 147 matça çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu əvvəllər "Flamenqo" və "Verona"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest