İngiltərənin "Tottenhem" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Son Hın Min zədələnib. Bu barədə komandanın baş məşqçisi Antonio Konte yerli mətbuata açıqlamasında bildirib.
 
Son İngiltərə Liqa kubokunun "çelsi" ilə yarımfinal matçında (0:2) zədələnib. Cənubi koreyalı futbolçunun azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
Əvəzində "Tottenhem"in digər zədəlilərindən Erik Dayerlə Rayan Sessenyon sıraya dönüb. Onların qarşıdakı matçlarda meydana çıxmağa hazır olduğu diqqətə çatdırılıb. Stiven Berqveyn və Kristian Romero isə hələ də fərdi hazırlıqla kifayətlənir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest