Futbol üzrə İspaniya La Liqasının 20-ci turu çərçivəsində baş tutan "Valensiya" ilə oyun "Real"ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, Fransa millisinin üzvü komandasının 4:1 hesabıyla qalib gəldiyi matça dubla imza atıb.
 
Bununla da o, "Real"ın heyətində vurduğu qolların sayını 301-ə çatdırıb. 34 yaşlı forvard Madrid təmsilçisinin tarixində 300 qol həddini keçən 4-cü futbolçudur. Bu komandanın tarixində ən çox qol vuran futbolçu Kristiano Ronaldodur – 450 qol. Raul Qonzales 323 qolla ikinci, Alfredo Di Stefano 308 qolla üçüncüdür.
 
Benzema "Valensiya" ilə oyundakı qollardan birini penaltidən vurub. 43-cü dəqiqədə hesabı açan forvard "kral klubu"nun heyətində yerinə yetirdiyi 15-ci penaltini də qola çevirməyi bacarıb. Bununla da o, Madrid təmsilçisində bu sayda 11 metrlik cərimə zərbəsini boşa verməyən yeganə oyunçuya çevrilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest