İngiltərənin "Arsenal" klubunun futbolçusu Sead Kolaşinaç karyerasını Fransada davam etdirə bilər. Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə Marsel "Olimpik"i yaxından maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Liqa təmsilçisi Kolaşinaçın keçidini bu ay ərzində həll etmək istəyir. "Arsenal" bosniyalı müdafiəçini satmağa razıdır.
 
Marsel "Olimpik"i Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest