Türkiyənin "Qalatasaray" klubunda baş məşqçi Fatih Terimlə yollar ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
"Qalatasaray"ın Super Liqada uğursuz çıxışına görə, Terimlə müqaviləyə xitam verilib.
 
68 yaşlı mütəxəssisin ayrılığı yaxın zamanda rəsmən açıqlanacaq.
 
"Qalatasaray" Super Liqada 12-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest